Həşəratlar əsas qidaya çevrilir: İtaliyada ilk dəfə böcəkli çörək bişirildi

      Həşəratlar əsas qidaya çevrilir:    İtaliyada ilk dəfə böcəkli çörək bişirildi
  07 Fevral 2023    Oxunub:2983
Yanvarın 24-dən etibarən Avropa Komissiyası kriketlərdən(böcək-red.) və un qurdlarından hazırlanmış xüsusi tozun qidalarda istifadəsinə rəsmi icazə verdi.
Turindəki məşhur çörək zavodu "Tellia" isə İtaliyada "kriket un"undan istifadə edərək ilk çörəyi bişirməklə Brüsselin "yaşıl işığı"ndan dərhal yararlanmağa qərar verib.

Bu innovasiyalı məhsulun reseptini çörəyin tərtibatçısı və zavodunun yaradıcısı, 31 yaşlı Enriko Murdokko paylaşıb. Məlum çörəyi bişirmək üçün sizə bu məhsullar lazım olacaq: 1-ci növ un, bir az buğda unu, həmçinin böcək tozu. Çörək 180 dərəcəlik temperaturda bir saat bişirilir. Çörəkçinin ilkin reaksiyasına görə, o, yeni məhsuldan olduqca razıdır.

"Biz çörəyin üzündən və ləzzətlərin birləşməsindən razıyıq. Çörək meşə fındığının qoxusunu verir. O, həmçinin özündə xeyli protein ehtiva edir və yaxşı balanslaşdırılıb", - Murdokko deyib.

“Yeni növ” çörəyin mart ayından satışa çıxacağı gözlənilir. Bir kiloqram ekzotik çörək üçün italyanlar 25 avro ödəməli olacaqlar.

Qeyd edək ki, bəzi Asiya ölkələrində əsrlər boyu həşəratlardan müxtəlif formada əsas qida vasitəsi kimi istifadə edilsə də, Avropada belə bir təcrübə yoxdur. Yalnız son illərdə bir sıra həşəratların toz halında qidalara vurulması təbliğ edilib ki, bu da əsl və təbii protein qəbulu ilə əlaqələndirilir. Ancaq asiyalılardan fərqli olaraq avropalılarda həşəratlı qidaların ciddi alergiya xəstəliklərə yaradacağı proqnozlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: İtaliya   Çörək  





Xəbər lenti