İlham Əliyev braziliyalı səfiri qəbul edib

İlham Əliyev braziliyalı səfiri qəbul edib
  10 Aprel 2013    Oxunub:1301
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin son illər uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, bu münasibətləri iqtisadi sahədə də genişləndirməyin önəmi qeyd olunub.

Həmçinin görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əlaqələrimizin gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.


Teqlər:  





Xəbər lenti