İrandan Azərbaycana növbəti xəbərdarlıq

İrandan Azərbaycana növbəti xəbərdarlıq
  10 Aprel 2013    Oxunub:1374
İran parlamentinin deputatı Azərbaycanın Tehrana qarşı bəyanatlara son qoymağa çağırıb
İranlı millət vəkili Azərbaycan hökumətini Tehrana qarşı əsassız bəyanatlar səsləndirməməyə və İran parlamentini Türkmənçay müqaviləsi ilə bağlı qanunu qəbul edilənədək gözləməyə çağırıb. AzVision.az-ın İran KİV-nə istinadən verdiyi məlumata görə, bu haqda İran parlamentin bugünki açıq sessiyasında Azərbaycan dilli deputat Oromiye Nadir Qazipur danışıb.

“Rəsmi Bakı İran əleyhinə fəaliyyətinə son qoymasa, İran parlamenti Azərbaycanın əleyhinə olan iki iyrənc müqaviləni – Gülüstün və Türkmənçay müqaviləsini yenidən bərpa edəcək”-deyə, Oromiye Nadir Qazipur bildirib

O həmçinin bildirib ki, “əgər Gülüstan və Türkmənçay müqavilələrinə əsasən İrandan ayrılmış şəhərlərin azərbaycanlı sakinləri arasında referendum keçirilsə, onlar yaşadıqları torpaqların yenidən İrana birləşməsinə səs verəcəklər”.

Qeyd edək ki, İranın Ərdəbildən olan deputatı Kəmaləddin Pirmoazzən də parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: “Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”. İrann Ali milli məclisini digər üzvləri də bildiriblər ki, deputatlar Rusiya ilə Türkmənçay müqaviləsinin yenidən bərpa edilməsi və azərbaycanın İrana birləşdirilməsi ətrafında iş aparırlar.

Nəzərdə tutulan yeni qanun qüvvəyə minərsə, Türkmənçay müqaviləsi zamanı Rusiyaya verilən 17 şəhər və rayon yenidən İrana birləşdiriləcək.

.


Teqlər:  





Xəbər lenti