Qalmaqal Merkelin başında çatladı - FOTO

Qalmaqal Merkelin başında çatladı - FOTO
  10 Aprel 2013    Oxunub:1417
Almaniya və Polşa arasında son günlər yaşanan “tarixi” qalmaqal kansler Anjela Merkelin başında çatlayıb.
“The Daily Mail”in məlumatına görə, Merkel Polşanın nüfuzlu “Uwazam RZE” jurnalının üz qabığında həbs düşərgəsində, əynində sızıqlı paltar və başında yaylıq olan dustaq kimi təsvir edilib.

Üz qabığında kanslerin şəkli ilə yanaşı “Tarixin saxtalaşdırılması : Almanlar necə özlərini İkinci Dünya Müharibəsinin qurbanı kimi təqdim etdilər” sözləri yazılıb. Jurnalın bu sayı almanların martın sonunda ekranlara çıxan “Bizim analarımız, bizim atalarımız” filminə cavab olaraq yayımlanıb.

Filmdə əsas qəhrəmanlar olan beş almanın taleyi fonunda polyak döyüşçülərinin qəddarlığı və milliyətçi mövqeyi qabardılıb. Epizodların birində bir qrup polyak dustaqlara dolu olan qatara atəş açır və “ Biz yəhudiləri siçovul kimi əzrik” deyə qışqırır.

Polşa ictimaiyyəti və diplomatların kəskin etirazına səbəb olan serial anti-polyak təbliğatı aparmaqda ittiham olunur.



Teqlər:  





Xəbər lenti