“Sərkisyan utanmadan xalqını aldadır” - XİN

“Sərkisyan utanmadan xalqını aldadır” - XİN
  10 Aprel 2013    Oxunub:1281
Ermənistan Prezidenti Serj Sarkisyan inauqurasiya mərasimi zamanı söylədiyi nitqində öz xalqını və bütün dünyanı yenə də yanlış fikirə yönəltməyə cəhd etdi.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidentinin Yerevanın ümumbəşəri dəyərlər əsasında sülh təklif etməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Maraqlıdır, Sarkisyan nəyi nəzərdə tutur? Yəqin ki, qonşu ölkənin torpaqlarının işğalı, beynəlxalq hüquq normalarının pozulması, qanlı etnik təmizləmələr, erməni hərbçilər tərəfindən Azərbaycan ərazisində, Xocalıda törədilən soyqırım və bu gün Ermənistana rəhbərlik edən, qadınlara və uşaqlara rəhm etməyən hərbi geyimli insanları", - Abdullayev deyib.

XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, bu faktlardan çıxış edərək söyləmək olar ki, ümumbəşəri dəyərlər Ermənistan Prezidentinin yalnız şəxsi baxışları fonunda görünür.

"Bu gün regionda sabitlik, sülh yoxdur və rəsmi Yerevan tərəfindən sülh prosesinin uzadılması perspektivdə regionun sabitliyinə, əmin-amanlığına və inkişafına zərbədir. Burada günahkar yalnız Ermənistan rəhbərliyidir. Beynəlxalq aləmdə təcavüzkar kimi tanınan ölkənin digər ölkələri öz uğursuzluğunda ittiham etməsi çox primitiv və məsuliyyətsiz görünür", - Abdullayev bildirib.

Sarkisyanın "Ermənistanın yaşadığı yeni reallıq" sözlərini şərh edən mətbuat katibi deyib ki, Azərbaycan bütün potensialını regionun inkişafına istiqamətləndirib və bir neçə il ərzində qlobal əhəmiyyətli regional layihələrin təşəbbüskarı kimi çıxış edərək bu planı uğurla həyata keçirib.

"Təəssüf ki, Ermənistan bu regional proseslərə qoşulmaq imkanını hər dəfə boşa verir və bunun günahkarı yalnız ölkə hakimiyyətidir. Bu layihələrdə iştirak etmədən, Sarkisyanın dediyi kimi, "yeni reallığ"ın digər bəndi olan iqtisadi artım da mümkün deyil. Ermənistanın "iqtisadi yüksəlişi"nin nəticəsi göz qabağındadır - ölkə inkişaf etmir, regional əməkdaşlıq olmadan isə kövrək iqtisadi vəziyyət dəyişməyəcək", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Yerevanın uzağı görməyən siyasətindən, ilk növbədə, Ermənistanı daha yaxşı pay üçün tərk etməyə məcbur olan xalq əziyyət çəkir.

"Hazırkı reallıqdan danışmayan Ermənistan Prezidenti utanmadan öz xalqını aldadır. Ermənistan rəhbərliyində praqmatizmin olmaması ümumilikdə ölkənin iqtisadiyyatına və Ermənistanın hər bir vətəndaşına mənfi təsir göstərir", - Abdullayev bildirib.(trend)


Teqlər:  





Xəbər lenti