BMT nümayəndəsi Bakıya gəlir

BMT nümayəndəsi Bakıya gəlir
  10 Aprel 2013    Oxunub:1540
BMT Baş Katibinin müşaviri Bakıya gələcək
Diasporla iş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, BMT Baş Katibinin İnformasiya Kommunikasiya məsələləri üzrə xüsusi müşaviri Amir Dossal Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfərə gələcək.

Qeyd edək ki, mayın 6-8-də Bakıda keçiriləcək “Cənubi Qafqaz Forumu”nda dünyanın 50-dən çox ölkəsindən 30-dan çox sabiq ölkə və hökumət rəhbəri, 200-dən artıq nüfuzlu elm adamları, strateqlər iştirak edəcək.

Məlumat üçün bildirək ki, Amir Dossal britaniyalı maliyyə meneceri və sosial novatordur.
O, iqtisadi və sosial problemləri innovativ əməkdaşlıq yolu ilə həll etmək məqsədilə Qlobal Əməkdaşlıq Forumunun yaradıcısı və rəhbəridir.


Teqlər:  





Xəbər lenti