Avropa kinosunun ən seksual qadını qocalar evində öldü

   Avropa kinosunun ən seksual qadını    qocalar evində öldü
  22 Fevral 2023    Oxunub:1669
50-60-cı illərin alman kinosunun nəhəng ulduzu sayılan Nadia Tiller vəfat edib. AzVision.az xəbər verir ki, o, Hamburqdakı qocalar evində dünyasını dəyişib.
Həmin illərin ən seksual qadın aktrisası kimi tanınan Tiller hətta bu titul uğrunda Sofia Loren ilə yarışıb.

Tiller təkcə kino üçün deyil, teatr üçün də çalışıb. Onun ekran tərəfdaşları Qaben, Belmondo, Mare, Brynner, Mitçem və digər tanınmışlar olublar. Aktrisa iki dəfə-1949 və 1951-ci illərdə "Miss Avstriya"nın qalibi olub.

Qeyd edək ki, Tiller 40-cı illərdən ekranlarda bir sıra obrazları canlandırıb. Onun filmoqrafiyasında çox təsir edici rollar var. "Qaranlıqdakı uşaqlar", "Samurayların yayı", "Cinayət yeri", "Vaterlo", "Lulu", "Qara ruh", "Son yay" və digər onlarla filmin adını çəkmək olar.

Nadia Tiller aktyor Valter Giller ilə evli olub. Cütlük 1965-ci ildə evləniblər və sədaqətin parlaq nümunəsi olublar. Onlar 2004-cü ildə qocalar evinə yerləşdiriliblər. Giller 2011-ci ildə xərçəngdən ölüb.

Aktrisa isə 94 yaşına bir ay qalmış dünyasını dəyişib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktrisa  





Xəbər lenti