Ermənilərin 12 nəfərlik kəndi- VİDEO, Fotolar

Ermənilərin 12 nəfərlik kəndi- VİDEO, Fotolar
  10 Aprel 2013    Oxunub:1486
İşğalçı dövlətin cırtdan kəndində cəmi 12 sakin yaşayır
Uşaq ikən barmağım bir balaca yaralananda ağlamayın deyə nənəm gülərək “narahat olma balaca bir şeydi, əlinə erməni kəndi çıxıb” deyə məni sakitləşdirməyə çalışardı. Onun sözləri mənə qəribə gələrdi- necə yəni həm balaca bir şey, həm də kənd, kənd böyük olur axı?! Sən demə nənəm erməni kəndi ilə kiçik bir yaranı müqayisə etməkdə haqlı imiş... Bunu sonralar öyrəndim. Sən demə ermənilərin kəndləri də elə özləri, kimi bapbalaca imiş. Dəhşətlisi isə kəndin kiçikliyi yox, bu kəndlərin kiçik olmasına səbəb olan amillərdir.

Bu yaxınlarda Ermənistanın Sünik vilayətindəki Kaşun kəndində cəmi 12 nəfərin qaldığı müəyyən olunub. Kəndin ən yaşlı sakini Qarnik Akopyan bildirib ki, kənddə cəmi 4 məktəbli var. Onlar da bu kənddə məktəb olmadığından Qərbi Azərbaycana məxsus Qafan şəhərindəki məktəbə getməli olurlar. Kənddə axırıncı uşaq 4 il bundan əvvəl anadan olub. 12 nəfər sakinin isə yeganə gəlir mənbəyi təqaüdləridir. Kənndəki əksər evlər boş qalıb.

Bu balaca kəndin olan qalan sakinləri də kəndi tərk edirlər. Səbəb isə Sərkisyan hökumətini laqeydliyidir. Olduqca acınacaqlı həyat şəraiti ac susuz qalan kəndliləri yaşadıqları yerləri tərk etməyə məcbur edir. Ermənistanın hazırki hökumətindən narazı olan sakinlər hakimiyyət dəyişəcəyi təqdirdə belə onların halına yananın olmayacaqlarından gileylənirlər.

“Hamısı bir bezin qırağıdır. Qara camaatın çörəyini yeyib, üstündən də su içirlər... Bu hər kəsə bəllidir. Açıq deyirəm,heç kəsdən qorxum yoxdur. Onsuz da belə getsə hamımız öləcəyik”-deyə Akopyan hökumətdən şikayətlənir.

Kaşun Ermənistanın tərk edilməyə məruz qalan tək kəndi deyil. Sakinlərin dediyinə görə Sünikdəki kəndlərin əksəriyyətində 50-dən yuxarı insan qalmayıb.

Əhalinin kəndləri, ümumilikdə isə Ermənistanı tərk etməsi ilə bağlı rəqəmlər beynəlxalq təşkilatlar və milli statistika idarəsi tərəfindən də açıqlanıb. Belə ki, beynəlxalq Qallup təşkilatının sorğularının yekunlarına görə ötən il ərzində 50 minə yaxın sakin çətinliklərdən yaxa qurtarmaq üçün canlarını götürüb qaçıblar. Ermənistanın milli statistika xidməti də bunu təsdiq edir. Bildirir ki, 2012-ci ilin əvvəlindən bu vaxta kimi Ermənistanı 49 min 660 nəfər tərk edib. Onlar bu ölkəyə bir daha geri dönmək fikrində deyillər.



Səbinə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti