Almaniyada şəkərli məhsullar KİV-də reklam olunmayacaq
"Uşaqların daha sağlam böyüməsinə əmin olmalıyıq", - məsələni şərh edən qurumun rəhbəri Cem Özdemir deyib.
Onun sözlərinə görə, məhsulların reklamı ilə bağlı könüllü öhdəliklər kifayət etməyib. Bu tədbirlər vaxtında həyata keçirilir, çünki artıq alman uşaqların 15 faizi obezdən əziyyət çəkir. Bu mənfi tendensiya isə bütün Avropaya yayılır.
14 yaşından kiçik uşaqların baxmamasına hesablanmış bu qərar bütün KİV-lərdə reklamın tamamilə qadağan edilməsini nəzərdə tutmur. Reklam çarxları yalnız səhər saat 6-dan axşam 23-ə qədər qadağan olunacaq.
Tural Tağıyev
AzVision.az
Teqlər: Almaniya