"Test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər" - DİM sədri

   "Test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər" -    DİM sədri
  17 Mart 2023    Oxunub:1912
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentərlərə səslənib.
AzVision.az xəbər verir ki, DİM sədri abituriyentlərə qaydaları pozmamağa çağırıb. O bildirib ki, onlar bununla heç nə əldə etməyəcəklər.

“Bu zaman siz öz nəticənizə mənfi təsir göstərəcəksiniz. Qaydaları pozan abituriyentlərin nəticələri ləğv ediləcək”.

O, buraxılış imtahanlarında istifadə olunan test tapşırıqları ilə müzakirələrə də aydınlıq gətirib. DİM sədri bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığını və müvafiq fənlər üzrə təhsil proqramı -kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyini bildirib.

“Suallar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik. Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri ziddiyyətli fikirlər səsləndirir. Test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər”.

M. Abbaszadə riyaziyyat fənninə aid test tapşırığı ilə səsləndirilənfikirlərə də münasibət bildirib:

"Tapşırıqlar iştirakçıların yazılı cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və yekun qərarı ekspert komissiyası verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti