Məşhur aktyor yanaraq öldü

Məşhur aktyor yanaraq öldü
  27 Mart 2023    Oxunub:1277
Tamaşaçıların yaxşı tanıdığı xarizmatik polşalı aktyor Pyotr Vısotski faciəvi şəkildə dünyasını dəyişib.
Qeyd edilir ki, 87 yaşlı sənətçi martın 26-da səhər saat 8 radələrində Lyublinskidəki evində diri-diri yanıb. Ev kiçik, taxtadan olub. Bu səbəbdən də qısa müddətdə alovlanaraq kül olub. Hadisə yerinə gələn yanğınsöndürənlər isə bu səbəbdən yaşlı sənətçiyə zamanında kömək edə bilməyiblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faciənin başvermə səbəbini araşdırırlar.

Pyotr teatr və kino ilə yanaşı, televiziya aktyoru kimi də fəaliyyət göstərib. O, “Kül”, “Dörd tançı və it” serialında, "Qibraltarda fəlakət", "Şopen" filmlərində parlaq obrazlar yaradıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti