"Avroviziya"da səhnə tərtibatımızı o hazırlayacaq

   "Avroviziya"da səhnə tərtibatımızı o hazırlayacaq
  27 Mart 2023    Oxunub:1467
İngiltərənin Liverpul şəhərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ölkəmizin səhnə tərtibatını hazırlayacaq rejissorun adı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu haqda "InfeAzerbaijan" məlumat yayıb. Bildirilib ki, bu iş danimarkalı rejissor Mads Enqqaardda həvalə edilib. Mads artıq 19 ildir sözügedən yarışmada yer alan ölkələrin nümayəndə heyəti ilə çalışır. Enqqaard bundan əvvəl Çingiz Mustafayevin "Truth", Samirə Əfəndinin "Cleopatra" və "Mata Hari", Nadir Rüstəmlinin "Fade to black" çıxış nömrələrini hazırlayıb.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya 2023"də "Tell me more" mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək. bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti