Moskva səmasında müəmmalı "qara üzük" peyda oldu - VİDEO

   Moskva səmasında müəmmalı "qara üzük" peyda oldu    - VİDEO
  27 Mart 2023    Oxunub:1642
Rusiya sakinləri Moskva səmasında peyda olan və qəribə formada hərəkət edən qara tüstünü lentə alıblar.
“Moskva 24” telekanalının məlumatına görə, Stroqino rayonunda görünən və mistik portalın girişinə bənzəyən qara tüstüdən ibarət fiqur təsadüfən lentə alınıb. Həmin an ətrafda olan hər kəs "Qara üzüyü" lentə almağa tələsib.

Lakin sakinlərin gördüklərinin mistika ilə heç bir əlaqəsi olmadığı ortaya çıxıb. Mütəxəssislər bu cür qara tüstülərin bəzən borudan çıxdığı zaman atmosferdə yayılmadan yuxarı qalxdığını deyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti