Gənc bəstəkardan `Nostalji`gəlir

Gənc bəstəkardan `Nostalji`gəlir
  23 May 2014    Oxunub:1580
`Nostalji` adlı yeni instrumental kompozisiyamın üzərində işlər yekunlaşmaq üzrədir. İndiyə qədər təqdim etdiyim kompozisiyalardan daha fərqli ab-havada olan bu kompizisiya əsasən saksofon və gitara ifası üzərində qurulub. Saksofonu ifası Fərid Ağayevə, gitara ifası isə Ramal Rəsula aiddir`.
Bu sözləri AzVision.az-a bəstəkar Tural Bakuvi deyib.

O bildirib ki, hazırda rejissor Adil Azayın 15-ci əsr dahi Azərbaycan sufi alimi, filosof Seyyid Yahya Bakuvi haqqında çəkdiyi sənədli filmin musiqi tərtibatı üzərində də işləyir.

Yeni mahnılarından söz açan bəstəkar deyib ki, bu yaxınlarda gənc ifaçılar Orxan Babazadənin, Rəmal Rəsulun və başqa bir neçə istedadlı müğənnilərin və qrupların ifasında yeni mahnıları səslənəcək: “Bundan əlavə, Flora xanım Kərimova ilə 3 yeni mahnı üzərində, Zaur Əmiraslanov və Rövşən Civişov ilə ikinci, Nurlan Əzizbəyli ilə isə ilk mahnımızı işləməkdəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti