II Ramzes məbədində 2000 mumiyalanmış qoç tapılıb

II Ramzes məbədində 2000 mumiyalanmış qoç tapılıb
  29 Mart 2023    Oxunub:2176
Nyu-York Universitetinin arxeoloji missiyası Firon II Ramzesin məbədində qazıntı işləri aparıb.
AzVision.az xəbər verir ki, arxeoloji qazıntılar zamanı mumiyalanmış heyvanlar, xüsusən də böyük qoç "kolleksiyası" aşkarlanıb. Ahram Online-nin məlumatına görə bu tapıntı əsrlər boyu davam edən müəyyən dini ibadət və qurbanların əvvəllər məlum olmayan yeni üsulu sayıla bilər.

Misir rəsmisi Mostafa Vəzirinin sözlərinə görə, məbəddə çoxlu mumiyalanmış it, çöl keçisi, inək, ceyran və manqus da tapılıb. Lakin ən əhəmiyyətli tapıntı 2000-ə yaxın mumiyalanmış qoç başı olub. Mumiyalar Ptolemeylər sülaləsi dövrünə aiddir. Yəni firon II Ramsesin ölümündən (e.ə. 1303-1213) təxminən min il sonra məbədə qoyublar.



Həmçinin, arxeoloji missiya içində bir sıra heykəllər, papiruslar, qədim ağacların qalıqları, dəri paltarlar, ayaqqabılar olan saray da tapıblar. Abidosda aşkarlanan bu bina VI sülalənin sonlarına (e.ə. 2181-ci ilə) aiddir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Mumiya  





Xəbər lenti