Sovet aktyoru Smirnov vəfat etdi

Sovet aktyoru Smirnov vəfat etdi
  29 Mart 2023    Oxunub:1473
Martın 27-də sovet və rus teatr, kino aktyoru Vladimir Smirnov vəfat edib.
Rusiyanın əməkdar artistinin vəfatı barədə Ryazan Dram Teatrının mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Vladimir İvanoviç Smirnov 1948-ci il avqustun 19-da anadan olub. O, Odessa Kinostudiyasında kinoaktyorluğununun sirlərinə yiyələnib, 1971-1974-cü illərdə Odessa Gənclər Teatrında, 1975-1977-ci illərdə Lermontov adına Qroznı Respublika Rus Dram Teatrında çalışan Smirnov 1977-ci ildən Ryazan Dram Teatrının aktyoru olub.

Onun ekranda debütü Radomir Vasilevskinin məşhur seriyalı olan "Keşka və onun dostları haqqında hekayələr"də olub. Daha sonra - "Sirli teatrın taleyi", "Həyat yoldaşları", "Mələk"də də rol alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti