Səfər Əbiyev:`Ermənistan geri çəkilməlidir`

Səfər Əbiyev:`Ermənistan geri çəkilməlidir`
  11 Aprel 2013    Oxunub:1526
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratski ilə görüşündə belə bir bəyanat səsləndirib.
Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün A.Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb: «Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunu üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir».

Qeyd edək ki, görüş zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Problemin indiyədək həll edilməməsinin səbəbləri barədə danışan S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq qurumların münaqişə ilə bağlı gözləmə mövqeyi tutmasının Ermənistan tərəfini daha da şirnikləndirdiyini bildirib.


Teqlər:  





Xəbər lenti