“Həmsədrlərin yeni təklifi yoxdur”

“Həmsədrlərin yeni təklifi yoxdur”
  11 Aprel 2013    Oxunub:1445
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərini şərh edib.
AzVision.az xəbər verir ki, Elmar Məmmədyarov keçirdiyi mətbuat konfrasında həmsədrlərin sülh danışıqları ilə bağlı yeni təkliflərinin olmadığını bildirib.

“Həmsədrlərin yeni təklifi yoxdur. Onlar təklif edirlər ki, gələn ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşsün. Azərbaycan tərəfi bu görüşə hazırdır. Ancaq gələn ay bu görüşün olub-olmaması barəsində heç nə deyə bilmərəm”-deyə, E.Məmmədyarov əlavə edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT sədrinin xüsusi nümayəndəsi səfir Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək məqsədi ilə martın 18-22-si və aprelin 1-6-sı aralığında regiona səfər edib.

Araz İsmayılov


Teqlər:  





Xəbər lenti