Dindarlar Şamaxıda toplaşacaq

Dindarlar Şamaxıda toplaşacaq
  11 Aprel 2013    Oxunub:1694
Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda 12-13 aprel 2013-cü ildə iki günlük regional konfrans keçiriləcək.
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər proqramı çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublikanın Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də bu sahədə fəaliyyət göstərən ictimayyət nümayəndələri və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda 12-13 aprel 2013-cü ildə iki günlük regional konfrans keçirəcək.

AzVision.az xəbər verir ki, Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Şirvan bölgəsi üzrə rayonların icra strukturları, digər rəsmi şəxslər eləcə də, QMİ və ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, konfransda Şirvan bölgəsinin 9 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub. Bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb, Cənub və Qarabağ bölgələrində regional tədbirlər keçirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti