“Gülər Əhmədova oğlu ilə görüşə bilməz”

 “Gülər Əhmədova oğlu ilə görüşə bilməz”
  11 Aprel 2013    Oxunub:1320
Gülər Əhmədovanın həbs müddəti artırıla bilər
“Gülər Əhmədovanın işində heç bir yenilik yoxdur”. Bunu AzVisiona.az-a açıqlamasında həbsdə olan xanım deputatın vəkili Raqif Mustafayev deyib. Vəkil bildirib ki, Gülər Əhmədova balaca oğlu üçün darıxır və onu görmək istəyir.

“Amma Gülər Əhmədovanı uşağı ilə görüşməsinə, müstəntiq terminində icazə vermirlər. Ümumi bir qayda var, tək bu işdə deyil bütün işlərdə belədir ki, görüçə icazə verilmir. Uşağı ilə görüşməsi üçün icazə vermək səlahiyyəti yalnız istintaqın əlindədir”

Türkiyəli istintaqçıların Gülər Əhmədovanın işi ilə bağlı Bakıya gəlməsinə münasibət bildirən vəkil deyib ki, mətbuatda bu haqda yazıların getdiyini görüb. R.Mustafayev bildirib ki, istintaq qrupunun Bakıya gəlməsi barədə barədə onda heç bir məlumat yoxdur.

Bundan başqa aprelin 13-də Gülər Əhmədovanın həbs müddətinin 3 ayı tamam olur. İstintaqın davam etdiyini nəzərə alsaq həbsin artırıla bilrə. Bununla bağlı vəkil bildirib ki, bir qayda olaraq bu cür hallar baş verəndə həbs müddəti artırılır.
“Həmçinin istintaq müddəti bitməyəndə həbs qəti imkan tədbiri il yarıma kimi uzadıla bilir. Bu baxımdan Gülər Əhmədovaya verilən iki aylıq həbs müddəti artırıla bilər”.

Araz İsmayılov


Teqlər:  





Xəbər lenti