Maskın “YouTube”da canlı yayımı rekord qırdı
Kosmik raketin ilk buraxılış cəhdini 1 milyondan çox insan canlı izləyib. Lakin uçuşun ləğvi səbəbindən gözlənilən rekord gəlməyib. Dünən gerçəkləşən cəhd isə gözləniləndən daha çox maraqla qarşılanıb.
“Starship”in buraxılış sınağı “YouTube” canlı yayımında 1,7 milyon insan tərəfindən izlənilib. Bu , “Starship” kosmik raketinin “YouTube” canlı yayım rekordunu qırdığını göstərir. Sözügedən buraxılış uğurlu oldu, lakin sınaq tamamlana bilmədi. Raket Texasdakı buraxılış meydançasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra Meksika körfəzi üzərində partlayıb.
Bu sınağın əsas məqsədi “Starship” raketini havaya qaldırmaq olub. Nəticə partlayış olsa da, sınaq uğurlu alınıb. Partlayışla bağlı şirkət "nominal vəziyyətə bənzəyir" açıqlamasını verib.
AzVision.az
Teqlər: