Qlobal iqlim dəyişikliyinin rekord səviyyələri qeydə alınıb

Qlobal iqlim dəyişikliyinin rekord səviyyələri qeydə alınıb
  22 Aprel 2023    Oxunub:2781
BMT-nin strukturuna daxil olan Ümumdünya Meteorologiya Təşkilatı hesabatında qlobal iqlim dəyişikliyinin rekord səviyyələrini qeydə alıb.
Araşdırmada Yer atmosferində qlobal istiləşməyə səbəb olan üç əsas istixana qazının - karbon qazı, metan və azot oksidinin konsentrasiyasında görünməmiş artım olduğunu bildirilib.

2015-2022-ci illər müşahidələr tarixində ən isti illər olub.

Temperaturun artması ilə əlaqədar olaraq əsas müşahidələr aparılan nümunə buzlaqların əriməsi sürətlənib. Onların orta qalınlığı 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər 1,3 metr azalıb. Bu, son onilliklərin orta göstəricisindən xeyli çoxdur.

AzVision.az



Teqlər: İqlim  





Xəbər lenti