Çin “dostluq elçisi”ni ABŞ-dan geri qaytarır

Çin “dostluq elçisi”ni ABŞ-dan geri qaytarır
  24 Aprel 2023    Oxunub:2346
Çin nəhəng panda Ya Yanı ABŞ-ın Tennessi ştatının Memfis şəhərindən ölkəyə qaytarır.
Bu barədə Çinin Meşə və Çöl İqtisadiyyatı Dövlət İdarəsi məlumat yayıb. Qeyd olunub ki, iyirmi ildir ABŞ-da yaşayan dişi nəhəng panda Ya Ya yaxın bir neçə gün ərzində Çinə qayıdacaq. Tərəflərin razılığı ilə panda Şanxaya gedən təyyarəyə mindiriləcək.

“Ya Ya” 2000-ci ildə Pekin Zooparkında dünyaya gəlib. 2003-cü ildə o, “dostluq elçisi” kimi 10 il müddətinə Memfisdəki Zooparka göndərilib. 2013-cü ildə müqavilənin müddəti eyni müddətə uzadılıb. Ancaq cari ilin fevral ayında heyvanın sağlamlığını yoxlamaq üçün Memfis Zooparkına baş çəkən çinli mütəxəssislər qrupu “Ya Ya”nın dəri xəstəliyinə tutulduğunu aşkar edib.

AzVision.az


Teqlər:





Xəbər lenti