Nazir Suriyada öldürülən azərbaycanlılardan danışdı

Nazir Suriyada öldürülən azərbaycanlılardan danışdı
  11 Aprel 2013    Oxunub:1703
Suriyadakı döyüşlərdə azərbaycanlıların öldürülməsi haqqında yayılan məlumatlar barədə araşdırmalar aparılır
AzVision.az xəbər verir ki, bu barədə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin sualına cavabında bildirib. Nazirin sözlərinə görə, bu məlumat hələ təsdiqini tapmayıb, təhqiqat başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

“Bu barədə araşdırmalar başa çatandan sonra Xarici İşlər Nazirliyinin mətbuat xidməti ictimaiyyətə məlumat verəcək”-deyə E.Məmmədyraov vurğulayıb.

Qeyd edək ki, mətbuatda Suriyada 30-a yaxın azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.

Araz İsmayılov


Teqlər:  





Xəbər lenti