Polşa Ermənistanı silahlandırır

Polşa Ermənistanı silahlandırır
  11 Aprel 2013    Oxunub:1422
Polşa və Ermənistan birgə silah istehsal edəcəklər
Polşanın “Lyubava” qrupu Ermənistanın Müdafiə Nazirliyinin idarəçiliyi altında fəaliyyət göstərən Çarentsavan dəzgah zavodu ilə birgə “Ermənistan “Lyubava”sı” adlı yeni müəssisə yaradıblar. Bu müəssisə yarıdılması ilə bağlı razılıq Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın Polşaya səfəfri çərçivəsində əldə edilib. Razılaşmaya əsasən əldə ediləcək gəlirlərin 51 %-i Polşanın payına düşəcək.

“Lyubava”nın rəhbəri Martina Kubitsin sözlərinə görə, Ermənistanla əməkdaşlıq Polşa istehsalı olan hərbi təyinatlı məhsulların satışı layihəsini həyata keçirməyə imkan verəcək. Başqa sözlə desək Polşa da Ermənistana silah satacaq. Bu yolla Ermənistanı silahlandırmaqla yanaşı digər xarici tərəfdaşlarına da silah satmaq imkanı qazanacaq.

Hazırda “Lyubava” qrupu Ermənistandakı yeni müəssisəsini lazımı texnologiya ilə təchiz etmək üçün Polşa İqtisadiyyat Nazirliyinin icazəsini gözləyir. Yalnız icazə alındıqdan sonra tərəflər arasında investisiya sazişi imzalana bilər. Bundan sonrakı addım isə Ermənistana hərbi məhsulların təchizatı ilə bağlı 5 illik müqavilə bağlamaqdan ibarət olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti