İlk dəfə nənə və baba oldular - FOTO
"Luetta Aysli Tomas Uillis... 18 aprel, çərşənbə axşamı evdə anadan olub",- deyə yeni ana körpənin fotosunu paylaşıb.
Qeyd edək ki, hollivud ulduzu Bryus Uillis ağır xəstəlikdən əziyyət çəkir. Hələ ötən ilin yazında aktyorun ailəsi Bryusa dəhşətli diaqnoz - demensiya qoyulması səbəbindən onun karyerasını bitirdiyi barədə bəyanat yaymışdı.
Təxminən bir ildir ki, xəstəlik daha da irəliləyib və o aktyorun dərk etmə qabiliyyətlərinə getdikcə daha çox təsir edir. Bununla belə, aktyor ağır xəstəliyə təslim olmur, aktiv həyat tərzi keçirməyə çalışır. Bəzən hətta paparassilərin obyektivinə də düşür. Bununla belə Bryus cəmiyyət arasında az görünməyə çalışır, ailəsi və qızları ilə daha çox vaxt keçirir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: