İlham Əliyev nazirlərlə görüşdü

İlham Əliyev nazirlərlə görüşdü
  11 Aprel 2013    Oxunub:1387
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb, Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayıb, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini söyləyib.

İ.Əliyev Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini, ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyib.

Prezidenti İlham Əliyev bu gün Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

K.Qrişenko Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

O, iki ölkə prezidentlərinin görüşlərini məmnunluqla xatırladıb.
İ.Əliyev dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin ölkələrimizin ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmini söyləyib, dostluq, tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin mövcud olduğunu, bu münasibətlərin müxtəlif sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti