Baş Prokurorluqdan AFU açıqlaması

Baş Prokurorluqdan AFU açıqlaması
  11 Aprel 2013    Oxunub:1342
Baş Prokurorluq ittihamları təkzib edir.
Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Belə ki, “Nida” gənclər təşkilatının üzvləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə həmin təşkilatın fəaliyyətində qanunsuzluqların aşkar edilməsi, eyni zamanda həmin qurumun və “Ol” təşkilatının təsisçilərinin eyni şəxslər olması aşkar edilib.
İstintaqla həmçinin müəyyən edilib ki, “Ol” təşkilatı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyib, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməyib və fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər alıb.
Həmin təşkilatın fəaliyyətinin qanuniliyi, xarici təşklatlarından aldıqları külli miqdarda vəsaitlərin hansı məqsədlərə xərclənməsinin və digər xüsusatların araşdırılması üçün Baş Prokurorluğun əməkdaşları tərəfindən müvafiq məhkəmə qərarları əsasında qurumun yerləşdiyi Bakı şəhəri, S.Vurğun küçəsi 34 ünvanında sahəsi 227 kvadrat metr olan 6 saylı mənzildən təşkilatın fəaliyyətinə dair materiallar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər götürülərək vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin məhkəmənin qərarı əsasında Maliyyə Nazirliyi tərəfindən yoxlanılması təşkil edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək.



Teqlər:  





Xəbər lenti