Gülşənlə bağlı qərar verildi: 10 aylıq həbs

   Gülşənlə bağlı qərar verildi:    10 aylıq həbs
  03 May 2023    Oxunub:1631
Türkiyəli müğənni Gülşənə 10 aylıq həbs cəzası verilib.
AzVision.az xəbər verir ki, Ataşehirdə verdiyi konsertdə İmam Hatip Liseyi şagirdləri haqqında söylədiyi fikirlərə görə məhkəmə qarşısına çıxarılan Gülşen Çolakoğlu "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək" ittihamı ilə 10 ay həbs cəzası alıb və hökmün elanı təxirə salınıb.

İstanbul 11-ci Ağır Cəza Məhkəməsində mühakimə olunan Gülşen məhkəmədə iştirak etməyib. Onu iclasda vəkilləri təmsil edib.

Qeyd edək ki, Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılmışdı və barəsində saxlanılma qərarı verilmişdi. Daha sonra müğənni məhkəmə qarşısına çıxarılmışdı. Məhkəmə qərarı ilə Gülşən həbs olunaraq həbsxanaya göndərilmişdi. Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunurdu.

Məhkəmənin avqusutun 29-u müğənni ilə bağlı verdiyi qərarla sənətçi ev dustaqlığına buraxılmışdı.
Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gülşən   həbs  





Xəbər lenti