Əkizlər firuzəyi xalçada - Fotolar

   Əkizlər firuzəyi xalçada -    Fotolar
  07 May 2023    Oxunub:2763
Bu gün "Avroviziya 2023" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, bu il yarışmada ölkəsni təmsil edən iştirakçılar firuzəyi xalça üzərinə çıxıblar.

Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları da xalça üzərində obyektiv qarşısına keçiblər. Onlar jurnalistlərin suallarını cavablandırıblar. İfaçılar geyimləri ilə diqqət çəkiblər.

Xatırladaq ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.




AzVision.az


Teqlər:





Xəbər lenti