Arıların hücumu nəticəsində 6 nəfər öldü

Arıların hücumu nəticəsində 6 nəfər öldü
  09 May 2023    Oxunub:1919
Nikaraquada avtobus yoldan çıxaraq arı pətəklərini aşırıb və həşəratlar sərnişinlərə hücum edib, hadisə nəticəsində 6 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Ekspress" məlumat yayıb.

Məlumata görə, içərisində 60 sərnişinin olduğu avtobusun sürücüsü idarəetməni itirərək qəza törədib.

Plantasiyada saxlanılan pətəklərdə arılar sərnişinlərə hücum edərək onlardan 45-ni sancıb. Ölənlər arasında 47 yaşlı qadın və onun 8 yaşlı qızı da var. Dörd nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib.

AzVision.az



Teqlər:





Xəbər lenti