"Avroviziya 2023"ün qalibi bəlli oldu

"Avroviziya 2023"ün qalibi bəlli oldu
  13 May 2023    Oxunub:1997
"Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin qalibi bəlli olub.
AzVision.az xəbər verir ki, İsveç müsabiqədə 583 səslə birinci olub. Ölkəni Mərakeş əsilli isveçli müğənni Lorin "Tatoo" mahnısı ilə təmsil edib.

Xatırladaq ki, Ukrayna adından Liverpulda keçirilən yarışın finalında 26 ölkə birincilik uğrunda mübarizə aparıb.

Qeyd edək ki, müsabiqədə Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib.

Onu da qeyd edək ki, Lorin 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də qalib olmuşdu.


AzVision.az



Teqlər:





Xəbər lenti