Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkir
“Milli Onkologiya Mərkəzinin rəhbəri Akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına, müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm. Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam, tezliklə sağalıb sizinlə görüşənədək”, - 79 yaşlı sənətkar yazıb.
Qeyd edək ki, R. Məlik bu gün xəstəxanadan evə buraxılacaq.
AzVision.az
Teqlər: RamizMəlik