Yeni kəmərimiz

Yeni  kəmərimiz
  11 Aprel 2013    Oxunub:1853
Bakıda dünyanın 23 ölkəsindən 80-ə yaxın şirkətin iştirak etdiyi Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi öz işinə başlayıb
Sərgidə su və kanalizasiya təsərrüfatına aid yeniliklər və maraqlı layihələr təqdim olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov paytaxtın içməli su təminatında gözlənilən yenilikləri də açıqlayıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sərgidəki stendində ölkə ərazisində su və kanalizasiya təsərrüfatında tətbiq olunan yeni texnologiyalar nümayiş etdirilirdi.

Əsas yeniliklərdən biri Bakıətrafı kəndlərin və qəsəbələrin su təchizatını yaxşılaşdırmaq üçün çəkilən yeni magistral su kəməridir.
Bu kəmər Ceyranbatan su anbarından başlayaraq, Balaxanı, Ramanı, Qala, Zirə kəndlərindən keçməklə Pirallahı rayonuna qədər uzanacaq. Kəmər tam olaraq magistralın tikintisi 14-cü ildə başa çatacaq.

Qeyd edək ki, sərgi aprelin 13-nə kimi davam edəcək. Sərgi ilə, eyni zamanda, su texnologiyaları forumu da keçiriləcək.


Teqlər:





Xəbər lenti