“Nazir ya unudub, ya da çaşdırmağa çalışır”

“Nazir ya unudub, ya da çaşdırmağa çalışır”
  12 Aprel 2013    Oxunub:1410
Doğurdanmı Ermənistan Türkiyənin onun işğalçı siyasətini dəstəkləməli olduğunu hesab edir?
“Ermənistanın xarici işlər naziri vəzifəsinin icraçısı Edvard Nalbandyanın Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olmaqda ittiham edib. Ermənistan naziri ya unudub, ya başqalarını çaşdırmağa çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mahiyyəti erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarətdir”.

Bu sözləri YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.


O, bildirib ki, Türkiyə bu məsələdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasına təkid edir.

“Rəsmi Ankara münaqişənin dinc yolla nizamlanmasına necə maneəçilik törədə bilər? Doğurdanmı Türkiyə Ermənistanın işğalçılıq siyasətini və ya onun ümumi qəbul olunmuş beynəlxalq hüquq normalarına məhəl qoymama siyasətini dəstəkləməlidir?”

Ermənistan hakimiyyəti tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına qeyri-ciddi münasibət Azərbaycan üçün böyük problemdir.-deyən millət vəkili bununla Ermənistan özünə probrem yaratdığını qeyd edib.

“Bu şəkildə o özünü bütün region çərçivəsində inkişafdan təcrid edir. Görünür, Ermənistan hakimiyyəti güman edir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı deyil və ya onlar dünya ictimaiyyətinin gələcəkdə də aldada biləcəklər” .

Ermənistan hakimiyyəti hər dəfə beynəlxalq arenada məğlub olaraq, daxili siyasi məsələlərdə ardıcıl zərbələr alaraq nə üçünsə yaranan vəziyyətdən bir nəticə çıxartmırlar, əksinə, onsuzda mürəkkəb olan vəziyyətlərini daha da dərinləşdirirlər”, - deyə o bildirib.

Türkiyənin bu məsələ üzrə mövqeyi ciddi və nüfuzlu dünya dövlətinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dostunun mövqeyidir, zaman-zaman Ermənistanın onun ünvanına etdiyi hücumlardan müdafiə olunmaq məcburiyyətində qalan ölkənin mövqeyidir.

Düşünürəm ki, nə qədər ki, Ermənistanın rəsmi dairələrində belə düşüncə, təfəkkür hökm sürür, bu ölkə hələ uzun müddət gələcəyə hesablanan hər perspektivdən kənarda qalacaq” .


AzVision.az


Teqlər:  





Xəbər lenti