Daim qalib gələcəksən! – Azərbaycana həsr olunmuş gözəl şeir (VİDEO)

      Daim qalib gələcəksən!    – Azərbaycana həsr olunmuş gözəl şeir    (VİDEO)
  29 May 2023    Oxunub:1751
Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycanın uğurlarını, Türk dünyası ilə münasibətlərini tərənnüm edən gözəl bir şeir səsləndirib.
“Daim qalib gələcəksən” adlı şeirdə ölkəmizin gələcək nailiyyətlərinə inam ifadə olunub.
AzVision.az şeirin mətnini və sevimli aktyorun qiraətini oxucularına təqdim edir.



Daim qalib gələcəksən!

Azərbaycan, canım vətən!
Bir gün keçməz ayrı Səndən!
Bütün dünya bilir ki, Sən
Qəlbimizdə bir atəşsən!
Daim qalib gələcəksən!

Atəşinlə ilhamlanıb,
Tarixinlə alovlanıb,
Sevgin ilə silahlanıb
Hüdudları siləcəksən!
Daim qalib gələcəksən!

Könül Səndən kam alası,
Tarixlərin mərd balası,
Nəhəng xalqın tək qalası,
Dünyamızda tək günəşsən!
Daim qalib gələcəksən!

Yaşadacaq dillər Səni,
Danışacaq ellər Səni,
Oxşayacaq güllər Səni,
Nə tərəddüd, nə zərrə qəm!
Daim qalib gələcəksən!

Sanmasınlar bölünmüşük,
Qanımızla hörülmüşük,
Sıx yumruğun, ey qoca türk!
Taleyindir yüksələsən!
Daim qalib gələcəksən!

Dastanımdır öyüdlərin,
Döyüşəcək igidlərin!
Son sözüdür şəhidlərin
Mütləq qalib gələcəksən!
Daim qalib gələcəksən!


Teqlər: Poeziya  





Xəbər lenti