Elxan Qasımov dəfn edilib

   Elxan Qasımov dəfn edilib
  30 May 2023    Oxunub:2098
Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dəfn edilib.
AzVision.az xəbər verir ki, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn edilib.

Mərasimdə mərhumun sənət dostları, mədəni-ictimai xadimlər, iştirak edib.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.
***
Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi başa çatıb.
AzVision.az xəbər verir ki, mərhumun evində keçirilən mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda E.Qasımovun cənazəsi dəfn olunması üçün Xırdalan qəbiristanlığına aparılır.

AzVision.az


Teqlər: ElxanQasımov  





Xəbər lenti