Təhsil Nazirliyindən xəbərdarlıq

Təhsil Nazirliyindən xəbərdarlıq
  12 Aprel 2013    Oxunub:1199
Nazirlik xaricdə təhsil alan azərbaycanlılara xəbərdarlıq edib
Azərbaycan Təhsil Nazirliyi (TN) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçülərinə xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, proqram təqaüdçüləri hər tədris ilinin sonunda TN-nə şəxsən gələrək müvafiq hesabat verməli və qeydiyyatdan keçmələridirlər.

Qeydiyyat iyunun 1-dən başlayır.

Bunun üçün təqaüdçülər təhsil müəssisəsi tərəfindən verilmiş, tədris ilinin bitməsi və növbəti tədris ilinə keçmə, eyni zamanda növbəti tədris ilində semestrlərin başlanma, bitmə tarixlərini (gün, ay, il) özündə əks etdirən rəsmi arayışı (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş), qiymət cədvəlindən çıxarışı (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş), istifadə edilmiş aviabileti (minik talonu ilə birgə), şəxsi bank hesabından çıxarışı (TN tərəfindən köçürülən vəsaitə dair), xarici pasportunun surətini, təqaüdçü tərəfindən doldurulmuş müvafiq anketi (saytdan yüklənir) təqdim etməlidir.

Rezidenturada təhsil alan tələbələr həkim-professorlar tərəfindən onları ümumi (ilboyu) fəaliyyətlərini qiymətləndirən arayış təqdim etməlidirlər.(trend)


Teqlər:  





Xəbər lenti