Azərbaycanlı rejissorun ayağı amputasiya olundu

Azərbaycanlı rejissorun ayağı amputasiya olundu
  31 May 2023    Oxunub:1207
Rejissor Gülçöhrə Şəfiyeva əməliyyat olunub.

AzVision.az xəbər verir ki, 74 yaşlı rejissorun ayağı amputasiya edilib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən G.Şəfiyeva müalicə alsa da, ayaq ağrılarından əziyyət çəkib. Bu səbəbdən onun bir ayağı amputasiya edilməli olub.

Qeyd edək ki, G.Şəfiyeva Prezident təqaüdçüsüdür. O, 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru kimi fəaliyyət göstərib.


AzVision.az



Teqlər: Rejissor  





Xəbər lenti