Döyülən modelin avtomobili yararsız hala salındı - FOTO

  Döyülən modelin avtomobili yararsız hala salındı -  FOTO
  05 İyun 2023    Oxunub:1763
Tanınmış model Razi Əliyevanın “Mercedes” markalı lüks avtomobili yararsız hala salınıb.
AzVision.az xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

R.Əliyevaya qarşı fiziki zorakılıqda və digər qanunazidd hərəkətlərdə şübhəli bilinərək saxlanılan Ziya Hüseynzadənin ona daha əvvəl bağışladığı avtomobili geri tələb etdiyi bildirilir. R.Əliyevanın imtinasından sonra Z.Hüseynzadənin Raziyə əvvəl bağışlamış olduğu və dəyəri 250 min manata yaxın olan “Mercedes GLE 53” markalı avtomobili daha sonra əzdiyi, şüşələrini qıraraq yararsız hala saldığı iddia edilir.



AzVision.az


Teqlər: Model  





Xəbər lenti