Vətənpərvərlik mövzusunda yeni mahnı – SÖZLƏRİ
Qarabağım bizi səslər
Duysun dünya haqdan gələn səsimizi
İItirmişik neçə - neçə kəsimizi,
Körpəmizi, evimizi
Gündən-günə Qarabağdan qalxan səslər,
O günahsız körpələrin səsidir.
Ağır- ağır, yavaş- yavaş,
Şuşamızdan qalxan duman,
Anaların göyə qalxan naləsidir.
Orda çaxan ildırımlar,
Canım sənə fəda deyən,
Neçə -neçə, əsgərlərin gur səsidir.
Xocalıda uçan quşlar,
Güllələnmiş anaların laylasıdır,
Körpələrin nəğməsidir.
Qarabağda nalsız qalan o atların,
Dırnaqları qayalardan od qoparır.
O kimsəsiz agacların,
Budaqların yel qoparır,
Meyvəsini sel aparır.
O səslərdən damarlarda
Axan qanlar, coşub cağlar.
Bizi səslər Cıdır düzü,
Gen dərələr sıra dağlar
Ey Türk oğlu, orada səni səsləyən var,
Gözləyən var, sənə ümid bəsləyən var
Qalx ayağa, bi dəfəlik de sözünü,
Darda qalan Qarabağın,
Qoyma yolda sən gözünü!