Dilinin uzunluğuna görə rekordlar kitabına düşdü - FOTO

  Dilinin uzunluğuna görə rekordlar kitabına düşdü -    FOTO
  05 İyun 2023    Oxunub:1418
Labrador və alman ovçarkasının cütləşməsindən doğulan it dilinin uzunluğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə UPI yazır.
Canlının dilinin uzunluğu 12 santimetrdir. Zoe adlı itin sahibləri onu altı həftəlik olanda alıblar.

"Zaman keçdikcə bunun düzələcəyini düşündük, lakin onun bədəni ilə müqayisədə hələ də böyük bir dili var" ,- ev sahibəsi bildirib. Cütlük əlavə edib ki, Zoe qonşular arasında məşhurdur. Uşaqlar həmişə onu oxşamaq istəyirlər.

"Biz hamını qabaqcadan xəbərdar edirik: "Ey, Zoe mehribandır, lakin o, sizin üzərinizə ağız suyunu tökə bilər",- deyə sahib deyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İt  





Xəbər lenti