Di Kaprio özündən 2 yaş balaca sevgilisi ilə - FOTOLAR

   Di Kaprio özündən 2 yaş balaca sevgilisi ilə -    FOTOLAR
  05 İyun 2023    Oxunub:1724
Paparassilər aktyor Leonardo Di Kaprionun İbizada yaxtada yeni qızla fotosunu yayıblar. Bununla bağlı şəkilləri Daily Mail dərc edib.
48 yaşlı Leonardo Di Kaprionun yeni sevgilisi model Meqan Roşdur. Onun 22 yaşı var. Fotolarda Di Kaprio günəş eynəyində və üzgüçülük şortunda görüntülənib. Roş isə çimərlik paltarı, elastik bantlı köynək və şalvar geyinib.

2023-cü ilin may ayında Di Kaprio anası İrmelin Indenbirkeni 28 yaşlı model Neelam Gill ilə tanış edib. Onlar Londonda birgə nahar ediblər.

Al Paçinonun ögey qızı Kamila Morrone aktyorun sonuncu rəsmi sevgilisi olub. Onlar 2018-ci ildə görüşməyə başlayıb və ötən yay ayrılıblar .

Morrone ilə ayrıldıqdan sonra Di Kaprio Cici Hadid və İrina Şeyk də daxil olmaqla bir çox modellərin sevgi romanlarında yer alıb.




Şahanə Rəhimli
AzVision.az



Teqlər: DiKaprio  





Xəbər lenti