Super yapışqanla göz damcılarını qarışdırdı - FOTO

   Super yapışqanla göz damcılarını qarışdırdı -    FOTO
  06 İyun 2023    Oxunub:1346
ABŞ sakini göz damcılarını super yapışqanla qarışdırdıqdan sonra xəstəxanaya yerləşdirilib.
Bu barədə “İndependent” məlumat yayıb. Qeyd olunub ki, Lid adlı amerikalı qadın göz damcısından istifadə etdikdən sonra gözündə ağrılar hiss edib. Daha sonra gözlərini aça bilməyib. İstifadə etdiyi qutunun üzərinə baxdıqda isə dərman yerinə super yapışdırıcını gözünə tökdüyünü bilib.

Həkimlər xəstənin gözündən və kirpiklərindən yapışqanı təmizləyiblər. Xoşbəxtlikdən, amerikalı qadının gözü ciddi xəsarət almayıb. Həkimlər qeyd edib ki, onun görmə qabiliyyətində problem olmayacaq.
AzVision.az


Teqlər:





Xəbər lenti