Türkiyə kəşfiyyatının yeni rəhbərinin konserti təxirə düşdü - VİDEO
İyulun 6-da Kalın eyni komandanın tərkibində İstanbulda açıq hava məkanında çıxış etməli idi. Lakin çərşənbə axşamına olan məlumata görə, tədbir haqqında informasiya yalnız təşkilatçının və bilet operatorlarının saytında qalıb. Onu almaq mümkün olmayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi nümayəndəsi İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib. O, 2014-cü ildən Türkiyə Respublikası Prezidentinin rəsmi nümayəndəsi kimi çalışırdı.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İbrahimKalın