Vikipediya təlimçiləri diplomla təltif olundular

Vikipediya təlimçiləri diplomla təltif olundular
  06 İyun 2023    Oxunub:1819
Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB), “Qorqud” Vikipediya Metodik Klubunun, Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinin “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri Qədir Quliyev, Sübhan Xıdırzadə, Elgün Rüstəmli Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
TAİB GT sədri, ictimai fəal Sübhan Xıdırzadə Naxçıvanda keçirilən vikipediya təlimlərindən danışıb, növbəti rüb üçün nəzərdə tutulan tədbir və təlimlərdən də bəhs edib. Bu sahəyə marağın gücləndiyini bildirən GT sədri onu da vurğulayıb ki, TAİB və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən vikipediya təlimlərində fəal iştirak edən gənclərə ənənəvi olaraq sertifikatlar təqdim olunur.

Qeyd edək ki, gənclər bu dəfə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Təşəkkürnamələr TAİB-in mərkəzi ofisində birliyin İcra Aparatının rəhbəri Nicat Dağlar və sədr müavini Şərafət Şəfa tərəfindən gənclərə təqdim olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti