Məşhur müğənni mahnı oxuyarkən böcək uddu - VİDEO

Məşhur müğənni mahnı oxuyarkən böcək uddu    - VİDEO
  06 İyun 2023    Oxunub:2006
33 yaşlı amerikalı müğənni və aktrisa Teylor Svift səhnədə olarkən gözlənilmədən ağzına böcək girib.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Belə ki, hadisə Çikaqodakı stadionda şou zamanı baş verib. Uçan bir böcək düz sənətçinin ağzına tuş gəlib.

Müğənni "Tolerate It" mahnısını oxumağa hazırlaşarkən ögüməyə başlayıb və Svift böcəyi udduqdan sonra "Dadlıdır" deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Böcək  





Xəbər lenti