Adi oxucu ilə `kitabqurdu`nun 16 FƏRQİ

Adi oxucu ilə `kitabqurdu`nun 16 FƏRQİ
  30 May 2014    Oxunub:6702
Televizor və internet əsrində olsaq da hələ də kitabqurdu, yaxud da loru dillə desək kitabla yatıb, kitabla duranlar var. Əgər kitabqurdusunuzsa, deməli sevdiyiniz yazıçıların sözləri ilə yaşayır, köhnə kitabların qoxusunu duyanda özünüzü xoşbəxt hiss edirsiz.
Beləliklə adi oxucu ilə kitabqurdunu bir-birindən fərqləndirən əsas 16 xüsusiyyəti təqdim edirik:

1) Kitabın səhifələrindən birini cırıb kağız təyyarə düzəltmək düşüncəsi sizi dəli edirsə,

2) Kitab mağazalarının arxa koridorunda köhnə kitabları qoxlamaqdan zövq alırsınızsa,



3) Yetkin olsanız da “məktəb kitab sərgisi” xəbəri sizi həyəcanlandırırsa,

4) Sizin təsəvvür etdiyiniz kimi olmadığına görə, hansısa kitab əsasında çəkilən filmə baxmaqdan zəhləniz gedirsə,



5) İkinci əl kitab satılan yerlərdə həm satın almaq, həm də bəzi kitabları xilas etmək üçün axtarışdasınızsa,

6) Oxumalı olduğunuz kitabların yuxuda ikən üstünüzə aşıb sizi əzəcəyindən narahatsınızsa,



7) Pop mədəniyyəti şüarlarındansa, klassik yazıçıların sözlərini daha çox sevirsinizsə,

8) Sırf kitab endirimlərinə görə kitabxanaçı sevgiliniz olubsa,



9) Hər hansı bir kitabı oxuyub qutarandan sonra uzun müddət kitabdakı qəhrəmanı düşünürsünüzsə,

10) Kitablarınızı kimə və nə vaxt verdiyinizi mütəmadi olaraq izləyirsinizsə,



11) Hər an kitab oxumaq üçün fürsət ola biləcəyi ehtimalını nəzərə alıb getdiyiniz hər yerə özünüzlə kitab aparırsınızsa,

12) Sevimli yazıçınıza tvit göndərib və ondan bu tvitə cavab alanda sevincdən otağınızda rəqs edirsinizsə,



13) Və ya sevdiyiniz yazıçılardan biri sizi Tvitterdə izləməyə başlayanda sevincdən dəli olursunuzsa,

14) Cəlbedici kitab üzlərini sevdiyinizə görə bir kitabın sizdə bir neçə çap versiyası varsa,



15) İstər elektron olsun, istərsə də kağız, hər növ kitabı sevirsinizsə,

16) Bu axşam televizorda hansı verilişin olacağını bilmirsinizsə,

sizi təbrik etmək olar. Kitabqurdusunuz!

Hazırladı: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti