Qadınları zorlamaq fətvası verildi
Azvision.az-ın Rusiya mətbuatına əsasən verdiyi xəbərə görə, 17 ildir ki, Dəməşqdə yaşayan və əslən İordaniyadan olan sələfi şeyxi Yasir əl-Əcnəuli bu müraciətini YouTube portalında yayıb.
Onun müraciətində deyilir ki, Əsədə qarşı vuruşan müsəlmanlar üçün qeyri-müsəlman və şiə qadınları zorlamaq qanuni fətvadır. Videomüraciətində o, müsəlman olmayan qadınları Quranda olan “melk- əl- yamin ”, yəni “müsəlman olmayan cariyə” termini ilə təqdim edərək bu fikrinə haqq qazandırıb.
Qeyd edək ki, bu, Suriyada islamçıların qadınları zorlamağa çağıran heç də ilk fətva deyil.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


