8 günün əsgəri öldü

8 günün əsgəri öldü
  12 Aprel 2013    Oxunub:1994
Azərbaycanda əsgər faciəli şəkildə dünyasını dəyişib.
Hadisə Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Bu ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsindən yıxılıb.

Nəticədə F. Hüseynov ağır vəziyyətdə hospitala yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova Apa-ya faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti